Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Hüseyn Cavidin ev-muzeyinin direktoru, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlının tərtibçisi və müəllifi olduğu “Ərtoğrol Cavid. Musiqi əsərləri” kitabı işıq üzü görüb.
AMEA-dan Kulis.az-a verilən məlumata görə, Ərtoğrul Cavidin 100 illik yubileyi münasibətilə nəşr olunan vəsaitdə bəstəkarın 40-a yaxın musiqi bəstəsi, o cümlədən “Eşq olsun”, “Sonatina”, “9 variasiya”, “Quşlar”, “Ballada”, “Sevgili yar gəlmiş idi”, “Gəl” və digər əsərləri toplanıb.
“Elm və təhsil” nəşriyyatında çapdan çıxan kitabın redaktoru dosent Nazim Quliyevdir.
- Amerika Prodüserlər Gildiyasının Mükafatlarının qalibləri açıqlandı
- Türkiyəli yazıçı vəfat etdi
- Həmvətənimiz Mariya Teatrında çıxış edəcək
Qeyd edək ki, kitab muzeydə qorunub saxlanılan əlyazmalar əsasında tərtib olunub.