İngilis yazarın kitabı dilimizə tərcümə olundu

İngilis yazarın kitabı dilimizə tərcümə olundu
calendar 21 may 2021
clock 17:40

İngilis uşaq yazarı Sam Zuppardinin “Cek daha qorxmur” adlı kitabı dilimizə tərcümə olunub.

Kulis.az xəbər verir ki, kitabın tərcüməçisi Beynəlxalq Uşaq Kitabı Şurası (İBBY) İran milli bölməsinin əməkdaşı, yazıçı, tərcüməçi, uşaq ədəbiyyatı tədqiqatçısı Nəsim Yusefi, redaktoru isə Azərbaycan Yazıçılar Birliyinin üzvü, uşaq yazarı Elvira Məmmədovadır.

Əsərdə Cek adlı bir uşağın ilk dəfə konsert verəcəyi günü səbirsizliklə gözlədiyi , amma, o əlamətdar gün haqqında düşündükcə uğursuz çıxış edəbiləcəyi ehtimalından həyacan və narahatlıq keçirdiyi daha sonra isə anasının dəstəyi ilə qorxusunun üstünə gedərək arzu və məqsədlərinin ardıyca getməsindən bəhs olunur.

Qeyd edək ki, 6-10 yaş arası uşaqlar üçün nəzərdə tutulmuş kitabı Respublika Usaq Kitabxanasının rəsmi saytında elektron formatda oxumaq olar.

view 1691 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news