İntellektual oyunun qalibləri mükafatlandırılıb

İntellektual oyunun qalibləri mükafatlandırılıb
calendar 22 may 2021
clock 15:00

Azərbaycan Milli Xalça Muzeyinin təşkilatçılığı ilə keçirilən “Nə? Harada? Nə zaman?” intellektual oyununda qalib gələn "Qarabağ" komandasının üzvlərinə sertifikat və hədiyyələr təqdim olunub.

Kulis.az xəbər verir ki, 22 komanda içərisində 36 sualdan 30-na doğru cavab verərək birincilik qazanan komanda üzvləri muzeyin ekspozisiyası ilə də tanış olublar. Onlara muzeyin tarixi, fəaliyyəti, kolleksiyaları haqqında ətraflı məlumat verilib.

Komanda üzvləri Azərbaycan Milli Xalça Muzeyində olmaqdan, həmçinin “Nə? Harada? Nə zaman?” intellektual oyununda iştirakdan məmnun olduqlarını bildiriblər.

view 1635 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news