Kamal Abdullanın romanı müzakirə olunacaq

Kamal Abdullanın romanı müzakirə olunacaq
calendar 27 yanvar 2020
clock 16:21

Yanvarın 28-də saat 16-da AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Xalq yazıçısı Kamal Abdullanın “Sirlərin sərgüzəşti” romanın müzakirəsi keçiriləcək.

Kulis.az xəbər verir ki, AMEA Folklor İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının təşəbbüsü ilə təşkil olunacaq müzakirədə ədəbiyyatşünaslar roman haqqında fikirlərini bildirəcək, müəllifə suallarını ünvanlayacaqlar.

Qeyd edək ki, yazıçının “Yarımçıq əlyazma”, “Sehrbazlar dərəsi”, “Unutmağa kimsə yox”, romanlarından sonra sayca dördüncü romanı olan bu əsərdə paralel zaman və məkan, yaddaş fenomeni, real və irreal hadisələrin təsviri özünün ədəbi-bədii əksini tapıb.

view 2025 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news