Kamal Abdullanın yeni romanı təqdim olundu

Kamal Abdullanın yeni romanı təqdim olundu
calendar 3 dekabr 2019
clock 09:55

Dünən Bakı Kitab Mərkəzində Xalq yazıçısı Kamal Abdullanın "Sirlərin sərgüzəşti" kitabının imza günü və təqdimatı keçirilib.

Kulis.azın verdiyi xəbərə görə, təqdimatı mərkəzin direktoru Günel Anarqızı açaraq qonaqları salamlayıb və yazıçının sayca dördüncü romanı olan bu əsərdən danışıb.

Kitabın redaktoru və “Ön söz”ün müəllifi Əlövsət Ağalarov yeni əsəri xarakterizə edərək deyib ki, "Sirlərin sərgüzəşti" çoxlarının masaüstü kitabına çevriləcək”.

Yazıçı-publisist Səyyad Aran, yazıçı Şərif Ağayar, tənqidçi-ədəbiyyatşünaslar Maral Yaqubova, Seyfəddin Hüseynli və başqaları çıxış edərək kitab barədə mülahizələr söyləyiblər.

Tədbir oxucuların müəllifə sualları və imzalanma mərasimi ilə davam edib.

view 1839 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news