Kann film festivalının açılışında bu film nümayiş olunacaq

Kann film festivalının açılışında bu film nümayiş olunacaq
calendar 21 aprel 2021
clock 15:32

74-cü Kann Film Festivalının açılışında “Annett” filmi nümayiş olunacaq.

Kulis.az türk mətbuatına istinadən xəbər verir ki, dünyanın ən nüfuzlu kino festivalı olan Kann Film Festivalı bu il 6-17 İyul tarixləri arasında reallaşacaq. Festivalın 7 iyul tarixində keçiriləcək açılış mərasimində Leos Karaksın rejissoru olduğu “Annett” filmi nümayiş olunacaq.

Film eyni gün həm də Fransadakı kinoteatrlarda nümayiş olunacaq.

Filmdə baş rollarda Adam Drayver və Marion Cotiyar yer alır.

Xatırladaq ki, korona virusu epidemiyası səbəbi ilə keçən il ləğv edilən festivalın bu il normal təqvimdən 2 ay sonra keçirilməsi planlaşdırılır.

view 1948 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news