Kinematoqrafiya şöbəsinə yeni müdir təyin olundu

Kinematoqrafiya şöbəsinə yeni müdir təyin olundu
calendar 12 avqust 2020
clock 13:53

"Debüt" studiosunun direktoru Rüfət Həsənov Kinematoqrafiya şöbəsinin müdiri vəzifəsinə təyin olunub.

Kulis.az AKİ-yə istinadən xəbər verir ki, Kinematoqrafiya şöbəsinin müdiri Cahangir Məmmədov da yaş həddi ilə əlaqədar tutduğu vəzifədən azad edilib.

“Debüt” studiyasının direktoru Rüfət Həsənov Kinematoqrafiya şöbəsinin müdiri vəzifəsinin icrasına başlayıb.

R.Həsənov 1987-ci ildə Bakı şəhərində anadan olub. 2009-cu ildə Bates College məzunu olub. 2012-ci ildə Ali Rejissorluq və Ssenari kursları (Moskva) bitirib. 2013-cü ildə çəkdiyi “Buqələmun”( Elvin Adıgözəl ilə birgə) tammetrajli bədii filmi Beynəlxalq Lokarno festifalının proqramına daxil olub. “Yoxdur belə söhbət” və “Daxildəki ada” bədii filmlərinin quruluşçu rejissorudu.

Xatırladaq ki, “Sarajevo Film Festival”ının əsas müsabiqə proqramına seçilən filmlər sırasında Azərbaycan istehsalı olan “Daxildəki ada” tammetrajlı bədii filmi də var.

view 1896 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news