Kino Evində sənədli filmin təqdimatı keçiriləcək

Kino Evində sənədli filmin təqdimatı keçiriləcək
calendar 21 yanvar 2020
clock 13:24

Azərbaycan Kinematoqrafçılar İttifaqının Kino Evində “Vətəndaş Nəcəfov” sənədli filminin təqdimatı keçiriləcək.

Kulis.az xəbər verir ki, Azərbaycanın dövlət müstəqilliyinin bərpası, demokratik bir dövlətin yaradılması uğrunda fəal mübarizə aparan Nəcəf Nəcəfovun yaxın dostları və həyat yoldaşının xatirələri əsasında hazırlanan sənədli filmdə onun jurnalistika və siyasətdəki fəaliyyətindən bəhs edilir.

“Vətəndaş Nəcəfov” filminin yaranmasında əsas məqsəd N.Nəcəfovun fəaliyyəti vasitəsilə onun prinsipial və vətənpərvər xarakterli şəxsiyyətini geniş formada tamaşaçıların nəzərinə çatdırmaqdan ibarətdir.

Turan Yaqublunun rejissor debütü olan sənədli filmin ssenarisi də rejissorun özünə aiddir.

Filmin operatoru Rafiq Əliyev, montaj Davud Mikayılov, bədii rəhbər Tahir Əliyev, prodüser İqbal Məmmədəliyevdir.

Sənədli film 24 yanvar (saat 18.00) Azərbaycan Kinematoqrafçılar İttifaqının Kino Evində nümayiş olunacaq.

Qeyd edək ki, film “Aranfilm” Yaradıcılıq Mərkəzi tərəfindən istehsal edilib.

view 2521 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news