Komediya ustası koronavirusdan vəfat etdi

Komediya ustası koronavirusdan vəfat etdi
calendar 30 mart 2020
clock 17:01

Yaponiyanın Robin Uilamsı adlandırılan komediya ustası Şimura Ken vəfat edib.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, mart ayının 20-də koronvirusa yoluxan 70 yaşlı aktyor bu gün səhər saatlarında dünyasını dəyişib.

Kariyerasına 1974-cü ildə "Drifters" adlı komediya qrupu ilə başlayan və amerikalı komediya ustası Cerri Levisdən ilham aldığını söyləyən Şimuranın ölümü Yaponiyada kədərlə qarşılanıb.

Tayvan lideri Tsai İngven Şimuranın ölümü səbəbiylə göndərdiyi başsağlığı məktubunda: “Beynəlxlaq sərhədlər xaricində Tayvan xalqına verdiyin bol enerji və qəhqəhəyə görə çox təşəkkür edirik” sözləri qeyd edilib.

view 1532 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news