Kukla Teatrında "Zəng" olacaq

Kukla Teatrında "Zəng" olacaq
calendar 18 iyun 2020
clock 09:43

İyunun 21-də Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı özünün sosial şəbəkədəki səhifələrində “Zəng” tamaşasını nümayiş etdirəcək.

Kulis.az xəbər verir ki, böyüklər üçün hazırlanan “Zəng” tamaşasının ssenari müəllifi və quruluşçu rejissoru teatrın baş rejissoru Qurban Məsimov, quruluşçu rəssamı Rəvanə Yaqubovadır.

Həm uşaqlar, həm də böyüklər üçün nəzərdə tutulan tamaşa ailədə valideynlərə olan münasibətdən bəhs edir. Tamaşa izləyicilərdə valideynləri unutmamaq, onları diqqətdən kənarda saxlamamaq kimi müsbət keyfiyyətlər aşılayır.

Quruluşçu rəssamı Rəvanə Yaqubova olan musiqi tərtibatlı tamaşa dəfələrlə beynəlxalq festivallarda qalib olub.

Gallery

view 1910 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news