Leyla Bədirbəylinin 100 illliyi keçiriləcək

Leyla Bədirbəylinin 100 illliyi keçiriləcək
calendar 29 dekabr 2019
clock 18:55

Prezident İlham Əliyev Leyla Bədirbəylinin 100 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.

Kulis.az-ın xəbərinə görə, sərəncamda qeyd olunur ki, 2020-ci ilin yanvar ayında Azərbaycan teatr və kino sənətinin görkəmli nümayəndəsi, SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, xalq artisti Leyla Ağalar qızı Bədirbəylinin (Cavanşirovanın) anadan olmasının 100 illiyi tamam olur.

Sərəncama əsasən, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi xalq artisti Leyla Bədirbəylinin 100 illik yubileyinə dair tədbirlər planı hazırlayıb həyata keçirməli, Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

view 2112 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news