Luvr muzeyinə giriş bağlandı

Luvr muzeyinə giriş bağlandı
calendar 2 mart 2020
clock 19:20

Parisdə yerləşən Luvr muzeyi koronavirus səbəbi ilə müvəqqəti olaraq bağlanıb.

Kulis.az rus mətbuatına istinadən xəbər verir ki, muzeyin bağlanmasına səbəb həm də Luvr heyətinin narazılığı olub. Muzey işçiləri dünyanın müxtəlif yerlərindən gələn qonaqların koronavirus daşıyıcısı olmalarından ehtiyat edirlər.

Muzey işçisi Andre Sakristinin sözlərinə görə, Luvr işçiləri idarədən onlara maskalar vermələrini istəsələr də əvəzində yalnız əl təmizləyici vasitələr verilib.

view 1867 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news