Mehriban Vəzirdən yeni kitab

Mehriban Vəzirdən yeni kitab
calendar 3 iyul 2020
clock 16:58

Tanınmış yazıçı-publisist Mehriban Vəzirin “Qutsal Torpaqlarda” adlı yeni kitabı işıq üzü görüb.

Müəllifin Kulis.az-a açıqlamasına görə, kitab Türküstana səfər təssüratıdır.

“Türküstan dövlətlərinin, yəni bizim ana torpaqlarımızın tarixi həmişə məni cəlb edib. Səmərqənd, Buxara, Xivə. Eləcə də Hun imperiyasının ana şəhəri Ulan-Bator”.

M.Vəzir daha sonra bunları əlavə edib:

“Çingiz xanın, Əmir Teymurun, Uluq bəyin, dövlət adamlarımızın, sərkərdələrimizin, möhtəşəm xanımların movzaleylərini ziyarət etdim. O ziyarətlər, o qutsal görüşlər bu kitaba çevrildi”.

Redaktoru Məlahət Həsənova məxsus kitab Nərmin Yayın evində nəşr edilib.

Qeyd edək ki, kitab Vüqar Həsənlinin sponsorluğu və Rasim Qaracanın dəstəyi ilə çap olunub.

Gallery

view 2904 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news