Milli Mətbuat Günü viktorinasının qalibi bilindi

Milli Mətbuat Günü viktorinasının qalibi bilindi
calendar 23 iyul 2021
clock 18:30

Milli Mətbuat Günü münasibətilə F.Köçərli adına Respublika Uşaq Kitabxanası tərəfindən təşkil olunan onlayn viktorinanın qalibi müəyyən edilib.

Viktorinın keçirilməsində məqsəd Azərbaycanda milli mətbuat tarixinin keçdiyi şərəfli yolu öyrənmək və cəmiyyətdəki əhəmiyyətli rolunu vurğulamaqla yeniyetmə və gənclər arasında bu sahəyə maraq oyatmaqdır.

Respublika Uşaq Kitabxanasının www.clb.az internet ünvanında, feysbuk və instaqram sosial şəbəkələrdəki profilləri vasitəsi ilə yayımlanan viktorinaya çoxsaylı iştirakçılar qatılıb. Qeyd edilən zaman çərçivəsində Bəxtiyar Apayev 30 sualdan 26-na düzgün cavab verməklə viktorinanın qalibi seçilib. Qalibə kitabxana tərəfindən dünya və Azərbaycan ədəbiyyatından 3 kitab hədiyyə edilib. /azertag.az/

view 1780 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news