Bu gün Mərdəkan rayonu mədəniyyət evində Milli qəhrəman Səfiyar Behbudov haqqında "Qəhrəmanlıq zirvəsi" adlı sənədli film nümayiş olunub.
Kulis.az xəbər verir ki, filmin ssenari müəllifi və rejissoru Kəmalə Müzəffər, operator Rüfət Süleymanovdur.
- Üzeyir Hacıbəylinin Sartr və Kamyu ilə dost olan qohumu - Fotolar
- "Dəli Kür ömrü" çapdan çıxıb
- Əməkdar artistin xanımı vəfat etdi
Filmin nümayişindən öncə milli qəhrəmanın bacısı Naibə Behbudova çıxış edərək Səfiyarın uşaqlıq illərindən, gəncliyindən, ağrılı taleyindən bəhs edib. Tədbirdə şəhidin döyüş dostları, doğmaları, mədəniyyət evinin işciləri və məktəblilər iştirak ediblər.