Millət vəkili Xalq artistinə görə Baş nazirə müraciət etdi

Millət vəkili Xalq artistinə görə Baş nazirə müraciət etdi
calendar 4 iyun 2020
clock 10:31

Millət vəkili Qənirə Paşayeva Xalq artisti Oqtay Kazıminin xatirəsinin əbədiləşdirilməsi üçün Baş nazirə müraciət edib.

Kulis.az xəbər verir ki, bu barədə millət vəkilinin sosial şəbəkədəki hesabından məlumat paylaşılıb.

Məlumatda qeyd olunur ki, Astara rayonundan olan bir qrup ziyalılarımız Azərbaycan Respublikasının Xalq artisti, Prezident təqaüdçüsü Oktay Kazıminin xatirəsinin əbədiləşdirilməsi istiqamətində sənətkarın adının Astara Rayon Musiqi məktəbinə verilməsi üçün Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayevaya müraciət ediblər. Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva bu müraciəti dəstəkləyərək ziyalıların bu gözəl təşəbbüsünün reallaşması üçün ölkəmizin Baş naziri cənab Əli Əsədova və Mədəniyyət Nazirliyinə xahiş müraciəti göndərib. Eyni zamanda Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva bu məsələ ilə bağlı Mədəniyyət nazirinin müavini Vaqif Əliyevlə danışaraq ziyalıların bu təşəbbüsünün həyata keçirilməsi üçün dəstəl göstərmələrini xahiş edib.

Gallery

view 3556 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news