Mirmehdi Ağaoğlunun hekayəsi Fransada yayımlandı

Mirmehdi Ağaoğlunun hekayəsi Fransada yayımlandı
calendar 11 sentyabr 2020
clock 10:30

Mirmehdi Ağaoğlunun “Fransız” hekayəsi fransız dilində yayımlanıb.

Kulis.az xəbər verir ki, hekayə Strasburqda fəaliyyət göstərən “Kəpəz” nəşriyyatının rəsmi internet səhifəsində yayımlanıb (editionskapaz.fr).

Hekayə əyalətdə yaşayan modern düşüncəli bir müəllimin faciəsindən bəhs edir. Hekayəni fransız dilinə Könül Ramazanova çevirib.

Qeyd edək ki, müəllifin bir müddət öncə “Qonşu və ölüm” hekayəsi Türkiyənin nüfuzlu sənət və ədəbiyyat portalı “Ogitto”da dərc olunmuşdu.

view 1785 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news