Misir mediası Xalq yazıçısının əsgərə məktubunu yayımladı

Misir mediası Xalq yazıçısının əsgərə məktubunu yayımladı
calendar 7 noyabr 2020
clock 10:17

Misirin “Nile1” saytı Xalq yazıçısı, Azərbaycan Dövlət Tərcümə Mərkəzinin İdarə Heyətinin sədri Afaq Məsudun “Əsgərə məktub” rubrikasında məktubunu yayıb.

Kulis.az xəbər verir ki, ərəb dilinə tərcümə edilmiş məktubda yazıçının Vətən uğrunda canını fəda edən igid əsgərimizə ünvanlanmış Vətən yanğısı və kədərlə dolu, eyni zamanda, böyük qürur hissinin önə çıxdığı sətirlər Misir oxucusuna çatdırılır.

Məktubun sonunda yazılır: “Torpaq, uğrunda ölən varsa, Vətəndir” – deyirlər. Amma axı Vətən tək bir torpaq, təbiət, meşələr, dağlar deyil! Vətən hər şeydən əvvəl onun uğrunda öləndən başlanır! Vətən sənsən, əsgər! Vətəni Vətən edən igid!

Var ol, əsgər! Yaşa, igid Vətən!”.

Gallery

view 1941 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news