Moskvada Rostropoviç Beynəlxalq Festivalı keçiriləcək

Moskvada Rostropoviç Beynəlxalq Festivalı keçiriləcək
calendar 1 fevral 2020
clock 09:57

Martın 27-31-də Moskvada Mstislav Rostropoviç Beynəlxalq Festivalı keçiriləcək.

Festivalın əsas konsert meydançası Konservatoriyanın Böyük zalı olacaq.

Festivalda Rusiya və Avropanın böyük musiqi kollektivləri, gənc və dünyaşöhrətli musiqiçilər iştirak edəcəklər. Mstislav Rostropoviç Beynəlxalq Festivalının yekun konsertində isə Lyej Kral Filarmoniya Orkestrinin Rusiyada ilk çıxışı olacaq.

Mstislav Rostropoviç Beynəlxalq Festivalı görkəmli musiqiçinin xatirəsinə ehtiram əlaməti olaraq 2010-cu ildə M. L. Rostropoviç Mədəniyyət və Humanitar Proqramlar Fondu tərəfindən təsis edilib. Onun təsisçisi və bədii rəhbəri Rusiyanın Əməkdar mədəniyyət işçisi Olqa Rostropoviçdir. Festivalın fəaliyyət göstərdiyi on il ərzində 36 orkestr, 103 solist, 10 xor kollektivi və 39 dirijor onun qonaqları olublar. /azertag.az/

view 1794 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news