Moskvada kitab ticarəti mövzusunda dəyirmi masa keçiriləcək

Moskvada kitab ticarəti mövzusunda dəyirmi masa keçiriləcək
calendar 1 sentyabr 2021
clock 19:00

Sentyabrın 10-da “Moskva Kitab Evi”ndə “Müasir kitab yayımı. Rusiyanın və MDB ölkələrinin kitab ticarəti müəssisələrinin təcrübəsi” mövzusunda dəyirmi masa keçiriləcək.

Kulis.az xəbər verir ki, dəyirmi masa iştirakçıları hazırkı dövrdə kitab ticarətinin vəziyyəti ilə bağlı aktual məsələləri müzakirə edəcəklər.

Tədbirdə Azərbaycanı Bakı Kitab Mərkəzinin direktoru Günel Rzayeva təmsil edəcək.

Müzakirələr başa çatandan sonra 2020-ci ilin yekunlarına əsasən keçirilmiş müsabiqədə qalib gəlmiş kitab ticarəti müəssisələri və kitab mağazaları MDB İcraiyyə Komitəsinin fərmanları ilə təltif ediləcək.

view 1692 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news