Məşhur aktrisa vəfat etdi

Məşhur aktrisa vəfat etdi
calendar 28 iyul 2020
clock 18:52

Litvada teatr və kino sahəsində kifayət qədər nüfuza malik aktrisa Qrajina Balandite uzun sürən xəstəlikdən sonra 83 yaşında vəfat edib.

Kaunas Milli Dram Teatrının baş direktoru Eqidiyus Stantsikas “BNS” informasiya agentliyinə müsahibəsində aktrisanın ölümü barədə məlumatı təsdiqləyib.

E.Stantsikas bildirib ki, aktrisa Kaunas və Klaypeda dram teatrlarının səhnələrində çıxış edirdi. O, bir neçə onilliklər ərzində film və televiziyada 20-dən çox rol yaradıb.

Teatr tənqidçilərinin fikrincə, aktrisanı digərlərindən fərqləndirən cəhət emosional və psixoloji cəhətdən mükəmməl rollar oynaması olub. /azertag.az/

view 2267 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news