Məşhur musiqiçi də koronavirusa yoluxdu

Məşhur musiqiçi də koronavirusa yoluxdu
calendar 6 aprel 2020
clock 18:01

Məşhur musiqiçi, “Duran Duran” qrupunun üzvü Con Teylor da koronavirusa yoluxub.

Kulis.az xəbər verir ki, o, bu barədə "Facebook" səhifəsində məlumat verib.

Gitaraçı bir müddət əvvəl virusa yoluxduğunu və artıq sağaldığını yazıb:

“Əziz dostlar, üç həftə öncə keçdiyim koronavirus testinin nəticəsi pozitiv çıxmışdı. 59 yaşında sağlam və şanslı biriyəm ki, bu prosesin öhdəsindən gələ bildim”.

Yenidən səhnəyə çıxmağı səbirsizliklə gözlədiyini deyən britaniyalı sənətçi izləyicilərini virusla birlikdə mübarizəyə də səsləyib. /axsam.az/

view 1721 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news