Məşhur rok qrupunun solisti vəfat etdi

Məşhur rok qrupunun solisti vəfat etdi
calendar 23 iyul 2020
clock 09:50

İngiltərənin "Cardiacs" qrupunun solisti Tim Smith vəfat edib.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, 2008- ci ildə infarkt keçirən 59 yaşlı musiqiçinin əsəbi pozğunluğu olub. Smitin ölüm səbəbi isə hələlik dəqiq açıqlanmayıb.

Qeyd edək ki, 1961-ci ildə Surreydə anadan olan Tim, 1977-ci ildə Ceyms "Jim" Smith, Michael Pugh və Peter Tagg ilə birlikdə qrup yaradıb. Bir çox rok qruplarının yaranmasına vəsilə olub. Qrup kariyeraları boyunca on albom buraxıb. Müxtəlif janrların qarışığı olan mahnıları sayəsində isə musiqidə yeni pronk terminin əsası qoyulub. .

2008-ci ildə Tim Smitihin infarkt keçirməsi səbəbindən qrup musiqi fəaliyyətini dayandırıb.

view 1483 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news