Məşhur rəssam vəfat etdi

Məşhur rəssam vəfat etdi
calendar 27 aprel 2020
clock 17:08

Tanınmış türk karikaturaçı-rəssamı, "Limon" dərgisinin qurucularından biri Murat Kürüz vəfat edib.

Kulis.az xəbər verir ki, bir ildir mədə xərçəngindən əziyyət çəkən rəssam, Bodrum xəstəxanalarının birində dünyasını dəyişib.

Qeyd edək ki, Murat Kürüz, 1977-ci ildən "Gırgır" və "Fırt" dərgilərində çalışıb. Çoxsaylı maraqlı karikaturalar çəkib. 1985-ci ildən isə üç dostu ilə birlikdə "Limon" dərgisini yaradıblar.

Mərhum rəssam TRT1 və TGRT kanallarında proqram rəhbəri olub. 8 il Türkiyənin "Sabah" qəzetində karikaturaçı-rəssam kimi çalışıb.

view 1865 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news