Şair, illüstrator və tənqidçi Vasili Borodin 38 yaşında dünyasını dəyişib.
Kulis.az rus mətbuatına istinadən xəbər verir ki, o, yaşadığı evdə dünyasını dəyişib. Şairin ölümünə səbəb sərxoş vəziyyətdə yıxılması və özünü ölümcül zədələməsi səbəb olub.
Bu barədə mətbuata onun yaxın şair Anastasiya Zelenova xəbər verib.
- Pikassonun yeni əsəri tapılıb
- Kukla Teatrında "Zəng" olacaq
- Yaşını kiçiltdi, sevgilisi onun maşınının şüşələrini qırdı, dostu bəlaya saldı - Vüqar Biləcərilini nə öldürdü?
Vasily Borodin 2015-ci ildə “Andrey Belyi Ədəbi Mükafatı”nın laureatı olub. Ümumilikdə yeddi şeir toplusu işıq üzü görüb.