Məşhur tarixi əsərin komiksi hazırlanır

Məşhur tarixi əsərin komiksi hazırlanır
calendar 30 oktyabr 2020
clock 13:30

Dünya şöhrətli tarixçi Yuval Noah Hararinin insanın yaradılış tarixindən bəhs edən “Sapiens” kitabı komiks olaraq yayımlanacaq.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, məşhur tarixçi Yuval Hoah Hararinin düynanın bir çox ölkəsində satış rekordu qıran “Sapiens: İnsan növünün qısa bir tarixi” tarixi əsəri yaxın vaxtlarda komiks olaraq nəşrə hazırlanır.

“Sapiens” kitabının nəşr olunan ilk cildinin adı “Sapiens: Rəsmli bir tarix: İnsanoğlunun doğuluşu” adlanacaq.

250 səhifədə cizgi roman formatındakı əsərin rəsmlərinin müəllifi Daniel Kasanavedir. Kitabın komiks formatına uyğunlaşdırılmasında Harariyə Deyvid Vandermeulen kömək edib.

view 1350 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news