Məşhur türk aktyor dünyasını dəyişdi

Məşhur türk aktyor dünyasını dəyişdi
calendar 25 avqust 2021
clock 17:39

Türkiyəli məşhur aktyor Metin Çekmez 76 yaşında dünyasını dəyişib.

M. Çekmez bu gün səhər saatlarında Aydında müalicə aldığı xəstəxanada vəfat edib.

Bildirilib ki, teatr, film və seriallarda rol alan məşhur aktyor bir müddətdir xərçəng xəstəliyindən müalicə alıb.

Qeyd edək ki, teatr karyerasında 1962-ci ildə başlayan Metin Çekmez "Min bir gecə", "Adını Feriha qoydum" və s. çox sayda film və seriallarda çəkilib. /qafqazinfo/

view 2625 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news