Məşhur yazıçı vəfat etdi

Məşhur yazıçı vəfat etdi
calendar 24 dekabr 2019
clock 18:45

Amerikalı yazıçı Coanna Lindsey vəfat edib.

Kulis.az xəbər verir ki, bu barədə 24 Amerikanın “The Sun” xəbər portalında məlumat verilib.

67 yaşında həyata vida edən yazıçı uzun müddət ağciyər xərçəngi ilə mübarizə aparırdı.

Qəribədir ki, oktyabr ayının sonlarında vəfat edən yazıçının ölümü haqqında ailəsi mediaya dünən məlumat verib.

Xatırladaq ki, Coanna Lindsey tarixi məhəbbət romanlarının müəllifi kimi dünyada məşhurdur. Onun biblioqrafiyasına “Haardrad ailəsinin dastanları”, “Lu San Ter” və digər məşhur kitablar daxildir. Yazıçının əsərləri dünyada 60 milyondan artıq satılıb. Onun adı kitabları dünyada ən çox satılan yazıçılar siyahısında ilk yerləri tutub.

view 2326 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news