Müğənni Sıla keçmiş sevgilisini tutdurdu: 1 il 20 gün

Müğənni Sıla keçmiş sevgilisini tutdurdu: 1 il 20 gün
calendar 14 iyul 2021
clock 18:19

Türkiyəli aktyor Ahmet Kural haqqında həbs qərarı verilib.

Kulis.az türk mediasına istinadən bildirir ki, aktyor müğənni Sılaya qarşı şiddət iddiası ilə yenidən məhkəmə qarşısına çıxıb. Aktyor Ahmet Kural haqqında 3 ittihamla 1 il 20 gün həbs qərarı verilib.

Aktyora həbs cəzası verildikdən sonra o, Apellyasiya məhkəməsinə şikayət etsə də, cəzası qüvvədə qalıb.

Xatırladaq ki, Sıla ilə Ahmet Kural uzun müddət sevgi münasibəti yaşayıblar.

view 1379 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news