Musiqiçimiz Böyük Britaniyada konsert verəcək

Musiqiçimiz Böyük Britaniyada konsert verəcək
calendar 25 fevral 2020
clock 09:42

Fevralın 28-də violonçel ifaçısı Camal Əliyev Biqarda (“Biggar Music Society”, Böyük Britaniya) konsert proqramı ilə çıxış edəcək.

Bu barədə məlumat musiqiçinin və Biqar Musiqi Klubunun saytında yer alıb. Camal Əliyevi fortepianoda Ceyms Kolman müşayiət edəcək.

Konsertdə L.V.Bethoven, Y.Brams, P.Çaykovski, D.Popper, V.Lyutoslavski və S.Raxmaninovun əsərləri səsləndiriləcək.

Beynəlxalq mükafatlar laureatı Camal Əliyev Türkiyə, Böyük Britaniya, Fransa, İsveçrə, Çin və başqa ölkələrdə festivallarda iştirak edib, solo konsertlər verib. O, Azərbaycan tarixində ilk dəfə BBC radiosunda orkestrin müşayiəti ilə solo çıxış edib, “BBC Introducing Classical Artist” proqramının iştirakçısı olub. /azertag.az/

view 1577 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news