Müslüm Maqomayevə konsert həsr olunacaq

Müslüm Maqomayevə konsert həsr olunacaq
calendar 17 sentyabr 2020
clock 16:39

Sentyabrın 21-də Moskva Beynəlxalq Musiqi Evində SSRİ Xalq artisti Müslüm Maqomayevə həsr olunan konsert keçiriləcək.

Kulis.az xəbər verir ki, bu barədə Moskva Beynəlxalq Musiqi Evinə istinadla xəbər verir ki, proqrama əfsanəvi müğənninin repertuarından “Mavi əbədiyyət”, “Gözəllik kraliçası”, “Yer üzünün ən yaxşı şəhəri”, “Melodiya” və digər mahnılar daxil edilib. Mahnıları “Rus Filarmoniyası” Moskva Simfonik Orkestri müşayiəti ilə Nikolay Ryabuxa səsləndirəcək. Orkestrə Sergey Tatarin dirijorluq edəcək.

view 1410 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news