Nazim Hikmət adına fond yaradıldı

Nazim Hikmət adına fond yaradıldı
calendar 1 iyun 2020
clock 17:39

Moskvada böyük türk şairi Nazim Hikmət adına Mədəniyyət və İncəsənət Fondu yaradılıb.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Fond şairin irsinin öyrənilməsi, onu yeni nəsillərə tanıtmaq, eləcə də Rusiya və Türkiyə mədəni əlaqələrinə töhfə vermək və iki ölkə arasında dostluq körpüsü rolunu oynamaq məqsədi ilə yaradılıb.

Yeni yaradılmış Fond Rusiyanın mədəniyyət və incəsənət dünyası ilə, eləcə də təhsil müəssisələri ilə əməkdaşlıq etmək niyyətindədir.

Fondun məqsədlərindən biri də Moskvada Nazim Hikmət Muzeyinin yaradılmasıdır.

Qeyd edək ki, 1963-cü ildə Moskvada vəfat edən Nazim Hikmət "Novodeviçe" qəbiristanlığında dəfn olunub. Rusiyadakı türk diasporu tərəfindən hər il iyun ayının 3-də Nazim Hikmətin xatirə günü keçirilir.

view 2493 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news