Nizami qəzəllərini ifa edən aktyorlar mükafatlandırıldı 

Nizami qəzəllərini ifa edən aktyorlar mükafatlandırıldı 
calendar 12 mart 2021
clock 13:11

Bakı Uşaq və Gənclər Teatrının “Nizami ili”nə həsr etdiyi “Sözün Nizamı” festivalı başa çatıb.

Teatrdan Kulis.aza verilən xəbərə görə, Bakı Uşaq və Gənclər Teatrının aktyorlarının ifasında 23 videoçarx tamaşaçılara təqdim olunub. Onlayn şəkildə keçən festivalda tamaşaçıların səsverməsinə əsasən qaliblər müəyyən olunub. Qaliblər Bakı Şəhər Mədəniyyət Baş İdarəsi tərəfindən diplomlarla təltif olunublar

I yer - "Sənsiz"əm "Gəl" kompozisiyası ilə - Gülər Ləzgiyeva və Ədalət Ağaverdiyev
II yer - "Bu gecə yatmaq nədir" qəzəli ilə Rauf Hüseynli
III yer - "Qoy sənə söyləsin" qəzəli ilə Türkan Şahmarlı.

Xatırladaq ki, bu festival Bakı Uşaq və Gənclər Teatrının sayca V festivalıdır. Teatrın “Bir teatr, bir festival” layihəsi çərçivəsində pandemiya qaydalarına riayət etməklə keçirdiyi festivalda teatrın bütün aktyorları iştirak edib.

view 1561 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news