Nizami və Yunus Emre simpoziumu keçiriləcək

Nizami və Yunus Emre simpoziumu keçiriləcək
calendar 26 aprel 2021
clock 17:58

Eskişehir Azərbaycanlıları Dərnəyinin təşkilatçılığı ilə “İki Böyük Türk: Nizami Gəncəvi və Yunus Emre” adlı simpozium keçiriləcək.

Kulis.az-ın xəbərinə görə, simpozium onlayn formada, “Zoom” proqramı vasitəsilə mayın 6-da Bakı vaxtı ilə saat 16-da, Türkiyə vaxtı ilə saat 15-də baş tutacaq.
Link: https://us04web.zoom.us/j/71594000906?pwd=U0U1RHpWZ0VUdFpVTW9xRzNJak9sUT09.

Tədbirdə Türkiyəni Çamlıca Kız Anadolu İmam Hatip Liseyi və Uluslararası Cevat Ülger İmam Hatip Liseyi, Azərbaycanı isə 170 və 271 saylı orta məktəblərin müəllim və şagirdləri təmsil edəcək.

Türkiyəli şagirdlər Nizami Gəncəvi, azərbaycanlı şagirdlər isə Yunus Emre yaradıcılığı haqqında müxtəlif mövzularda çıxışlar edəcəklər.

view 1907 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news