Nizaminin “Leyli və Məcnun”u Kiyevdə nəşr olundu

Nizaminin “Leyli və Məcnun”u  Kiyevdə nəşr olundu
calendar 4 iyun 2021
clock 13:04

Azərbaycanda elan olunmuş “Nizami Gəncəvi İli” ilə əlaqədar dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Leyli və Məcnun” poeması Kiyevdə nəşr olunub.

Azərbaycan Dövlət Tərcümə Mərkəzindən Kulis.az-a bildirilib ki, zəngin ənənəli “Yaroslavov Val” nəşriyyatında işıq üzü görən kitabı ukrain dilinə görkəmli Ukrayna şairi və mütərcimi Leonid Pervomayski tərcümə edib.

Kitabın redaktoru Qriqori Quseynov, “Ön söz”ün müəllifi isə Aqafangel Krımskidir.

view 1736 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news