Nizamiyə həsr olunan müsabiqə yekunlaşdı - Qaliblər

Nizamiyə həsr olunan müsabiqə yekunlaşdı - Qaliblər
calendar 11 mart 2021
clock 19:00

Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin ümumtəhsil məktəblərinin şagirdləri arasında “Nizaminin sirli xəzinəsi” mövzusunda keçirdiyi inşa yazı müsabiqəsinə yekun vurulub.

Kulis.az xəbər verir ki, müsabiqənin keçirilməsində əsas məqsəd Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası və dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin yaradıcılığının daha dərindən öyrənilməsidir.

Fevralın 5-dən martın 10-dək keçirilən müsabiqədə Ağcabədi şəhər ümumtəhsil məktəblərinin şagirdləri iştirak ediblər. Müsabiqədə Ağcabədi şəhər 5 nömrəli tam orta məktəbin şagirdi Fidan Şahverdiyeva birinci, 4 nömrəli tam orta məktəbin şagirdi Gülər Abdullayeva ikinci, 5 nömrəli tam orta məktəbin şagirdi Fəridə Əkbərova üçüncü yerə layiq görülüb. Qaliblərə Ağcabədi rayon Heydər Əliyev Mərkəzi tərəfindən diplomlar təqdim edilib.

view 1868 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news