Nobel mükafatlı yazıçı Belarusda istintaqa çağırıldı

Nobel mükafatlı yazıçı Belarusda istintaqa çağırıldı
calendar 25 avqust 2020
clock 14:39

Nobel mükafatı laureatı Svetlana Alekseyeviç İstintaq Komitəsinə çağırılıb.

Kulis.az rus mətbuatına istinadən xəbər verir ki, Nobel Mükafatı laureatı Svetlana Alekseyeviç Koordinasiya Şurasının yaradılması iddiası ilə şahid qismində Belarus İstintaq Şöbəsinə çağrılıb.

Müxalifət hərəkatına dəstək verən yazıçı 26 avqust çərşənbə günü saat 14:00-da şöbəyə gəlməlidir.

Koordinasiya Şurasının mətbuat xidməti Aleksiyeviçin səhhətinin pis olmasına baxmayaraq dindirilməyə gəlmək niyyətində olduğunu bildirib.

Daha əvvəl də belaruslu yazıçının respublikada hakimiyyəti təhvil vermək məqsədi ilə yaradılan müxalifət şurasının rəyasət heyətinə daxil olduğu bildirilmişdi.

Svetlana Aleksiyeviç 2015-ci ildə Nobel Ədəbiyyat Mükafatının ilk Belarus laureatı olub. Əsərləri arasında "Müharibənin qadın üzü yoxdur", "Çernobıl duası" kitabları da var.

view 1891 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news