Notr-Dam kilsəsində onlayn konsert olub - İlk dəfə

Notr-Dam kilsəsində onlayn konsert olub - İlk dəfə
calendar 25 dekabr 2020
clock 18:43

Notr-Dam kilsəsində 2019-cu il yanğınından sonra ilk konsert baş tutub.

Kulis.az xəbər verir ki, Yeni ilin gəlişinə həsr olunan konsert tamaşaçısız həyata keçirilib və insanlara onlayn təqdim olunub.

Musiqiçi və solistlərin canlı ifaları Fransa dövlət kanalı ilə yayımlanıb. Konsertdə görkəmli bəstəkarlar Amadeus Motsart və Frans Şubertin yeni il bəstələri də ifa edilib.

Qeyd edək ki, kilsənin hələ də tam təhlükəsiz olmadığı üçün musiqiçilər xüsusi geyimlərdən və usta kaskalarından istifadə ediblər.

view 2067 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news