Notr-Dama həsr olunmuş sərgi açılacaq

Notr-Dama həsr olunmuş sərgi açılacaq
calendar 24 yanvar 2020
clock 12:07

Bu ilin yayında Parisdə Notr-Dam kafedralına həsr olunmuş sərgi açılacaq.

APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, sərgidə yanğın zamanı ciddi zərər görmüş kilsənin incəsənət əsərləri və dini sərvətləri nümayiş olunacaq.

Hazırlıqlarına başlanılan sərgi “Yenidən Notr-Damı görmək. Kilsənin inciləri divarlarından kənarda” adlanır. Ekspozisiya kilsə yaxınlığında yerləşən Hotel-Dieuda nümayiş olunacaq.

Sərgiyə giriş sərbəst olacaq. Lakin arzulayanlar xeyriyyə məqsədi ilə ianə ödəyə biləcəklər.

Ekspozisiyada kilsə incəsənətinə, eləcə də katolik kilsəsinə aid 150 eksponat nümayiş ediləcək. Bundan başqa, yanğın zamanı uçmuş şpilin zirvəsini bəzəyən məşhur metal xoruz fiquru da nümayiş olunan eksponatlar arasında yer alacaq.

view 2422 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news