Nəsiminin 650 illik yubileyi Ankarada qeyd edilib

Nəsiminin 650 illik yubileyi Ankarada qeyd edilib
calendar 11 dekabr 2019
clock 10:15

Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyi münasibətilə Ankarada tədbir təşkil olunub.

Ölkəmizin Türkiyədəki səfirliyi, Azərbaycan Dövlət İqtisad Universiteti və Ankaranın Keçiörən rayon bələdiyyəsinin birgə təşkil etdiyi tədbirdə rəsmi şəxslər, qardaş ölkənin paytaxtında yaşayan və fəaliyyət göstərən soydaşlarımız, eləcə də nəsimisevərlər iştirak ediblər.

İki hissəli tədbir “Məndə sığar iki cahan” mövzusunda konfrans və “Nəsimi” tamaşasının təqdimatından ibarət olub.

view 1363 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news