Oğuruq əşyalar Luvr muzeyinə qaytarıldı

Oğuruq əşyalar Luvr muzeyinə qaytarıldı
calendar 6 mart 2021
clock 15:02

Parisdəki Luvr muzeyindən oğurlanan intibah dövründən qalma zireh və dəbilqə 38 il sonra tapılıb.

Kulis.az rus mətbuatına istinadən xəbər verir ki, 1922-ci ildə Rotşild ailəsi tərəfindən Luvr muzeyinə bağışlanan əşyalar polis tərəfindən tapılaraq muzeyə qaytarılıb.

Bordo şəhərində yaşayan bir ailə tərəfindən atılan antik əşyaların araşdırılması zamanı zireh və dəbilqənin Luvr muzeyindən oğurlandığı və 1560-1580 arasında Milanda istehsal edildiyi bildirilib.

Luvrun irsi sənət əsərlərinin baş kuratoru Filippe Malgouyres bildirib ki, o, əşyaların bir gün yenidən meydana çıxacağına əmin olub.

Paris polis idarəsi 1983-cü ildə əşyaların oğurlanmasının hələ də sirr olduğunu və Bordo şəhərində yaşayan ailənin kolleksiyasına necə daxil edildiyini araşdırdıqlarını bildirib.

view 1858 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news