Ömər Xəyyam yazdıqlarından imtina etdi

Ömər Xəyyam yazdıqlarından imtina etdi
calendar 24 aprel 2021
clock 13:30

Yazar Ömər Xəyyam yazdığı mətnlərdən imtina etdiyini bildirib.

Kulis.az xəbər verir ki, o, bir neçə mətni istisna olmaqla digər mətnlərindən imzasını geri çəkib:

"Yazı haqda yazmaqla yazının özü fərqlidir, əlbəttə. Ona görə də uzun-uzadı yazmaq istəmirəm. İndiyəcən məşq elədim, nəhayət, qələm tutmağı öyrəndim. Bu sirrdən gecə agah oldum. Yazdıqlarıma görə özüm peşiman deyiləm, fəqət yazdıqlarıma görə hamıdan üzr istəyirəm. Dörd hekayədə imzamı saxlamaqla bütün yazdıqlarımdan – həm publisistik mətnlərdən, həm də hekayələrdən – imtina edirəm. Hekayələrdən biri “Çinar at”, biri “Bizim analarımız, bizim atalarımız”, o biri “Havalandırma sistemi”, biri də “Turin atı”dır. Mövzu sözdür-yazıdır, ona görə yazılı şəkildə tövbə edirəm! Sanballı mətnlərdə görüşənədək!"

view 2590 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news