Onlayn konsert keçirilib

Onlayn konsert keçirilib
calendar 31 may 2020
clock 17:25

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin 33 nömrəli uşaq musiqi məktəbində 28 May - Respublika Gününə həsr olunmuş videoçarx hazırlanıb və onlayn konsert keçirilib.

Bu əlamətdar gün münasibətilə xalqımızın mübarizə tarixini əks etdirən videoçarxı nəzəriyyə şöbəsinin müəllimi Nigar İsmayılova hazırlayıb.

Konsertdə məktəbin şagird və müəllimlərinin ifasında Azərbaycan bəstəkarlarından A.Zeynallı, Niyazi, T.Quliyev, S.Rüstəmov, Ə.Tağıyevin, eləcə də xarici bəstəkarlardan K.Debüssi, K.Qardelin əsərləri səsləndirilib. /azertag.az/

view 2055 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news