Ordumuza dəstək məqsədilə virtual satış sərgisi

Ordumuza dəstək məqsədilə virtual satış sərgisi
calendar 8 noyabr 2020
clock 09:33

Silahlı Qüvvələrə Yardım Fonduna dəstək məqsədilə rəssamların virtual satış sərgisi davam edir.

Dövlət Rəsm Qalereyasından bildirilib ki, sərgi Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və www.artgift.az saytının təşkilatçılığı reallaşıb. Satışdan əldə olunan bütün vəsaitin Silahlı Qüvvələrə Yardım Fonduna köçürülməsi nəzərdə tutulub.

Rəsm əsərlərinin qiyməti simvolik olaraq 50, 100, 150, 200, 250 AZN dəyərində qiymətləndirilir. Sərgi xoş əhval-ruhiyyə bəxş edən, o cümlədən, Qarabağ və Qələbə əhval ruhiyyəsində yaradılmış rəsm əsərlərindən ibarətdir.

Satış sərgisi www.artgift.az incəsənət əsərlərinin satış portalı vasitəsilə yayımlanır.

view 1867 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news