Özbəkistanda "Azərbaycan ədəbiyyatı" kitabı çap olunub

Özbəkistanda "Azərbaycan ədəbiyyatı" kitabı çap olunub
calendar 22 dekabr 2020
clock 17:45

Özbəkistanda “Qardaş türk xalqları ədəbiyyatı” seriyasından Daşkənd Dövlət Şərqşünaslıq Universitetinin müəllimi, dosent Adxambek Alimbekovun “Azərbaycan ədəbiyyatı” kitabı özbək dilində çap olunub.

Kulis.az xəbər verir ki, kitabda böyük Azərbaycan şairləri Nizami Gəncəvi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Hüseyn Cavid, Səməd Vurğun və ümumilikdə 34 ədib haqqında məlumat və əsərlərindən nümunələr verilib.

Nəsr hissəsində Anar, Yunus Oğuz, Firuz Mustafa, Elçin Hüseynbəyli, Kamil Əfsəroğlu, Yaşar, Əzizə və Pərvinin hekayələri çap olunub.

Kitab həm universitetlərin filologiya fakültələrində dərs vəsaiti kimi, həm də geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

view 1948 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news