Viktor Pelevin yeni kitabının çıxacağı tarixi elan etdi.
Kulis.az rus mətbuatına istinadən xəbər verir ki, rus yazıçısı Viktor Pelevinin “Məğlubedilməz günəş” romanı avqustun 27-də oxuculara təqdim olunacaq.
Yazıçının son romanının süjeti haqqında mətbuatda heç bir məlumat yoxdur.
- Hüseyn Cavidə görə qəzəbə tuş gələn Xalq artisti
- İçərişəhərdə “Uşaqlar üçün İrs” festivalı başa çatdı
- Məşhur rejissor vəfat etdi
Xatırladaq ki, Viktor Pelevinin "İşıq toxunma sənəti" adlı əvvəlki kitab-toplusu 2019-cu ilin avqustunda çap edilmişdir. Müəllifin son romanı "Fuji dağının gizli görüşləri" 2018-ci ildə işıq üzü görüb.