Pikassonun tablosu hərracda 6,9 milyon dollara satılıb

Pikassonun tablosu hərracda 6,9 milyon dollara satılıb
calendar 22 noyabr 2019
clock 12:40

Məşhur ispan-fransız rəssamı və heykəltəraşı Pablo Pikassonun (1881-1973) 1941-ci ildə çəkdiyi “Şlyapalı qadın” tablosu Kanadanın “Heffel Fine Art Auction House” Hərrac Evində 6,9 milyon dollara satılıb.

Rəsm əsəri yağı boya ilə kətan üzərində çəkilib. Pikasso bu tablosunda özünün ilham pərisi və sevgilisi Dora Maarı təsvir edib. Hərrac lotunun təsvirində deyilir ki, “tanınmış Avropa kolleksiyasına aid olan tablo müxtəlif sərgilərdə, o cümlədən 1956-cı ildə Nyu-Yorkun “Kuts” qalereyasında nümayiş etdirilib”. Hərracın əvvəlində rəsm əsərinin qiyməti 6-7,5 milyon dollar elan edilib.

Pablo Pikassonun tabloları dünyada ən bahalı rəsm əsərlərindən sayılır. Onun fırçasının məhsulu olan “Çılpaq, yaşıl yarpaqlar və büst” tablosu (1932) 2010-cu ildə Kristi Hərrac Evində 106 milyon dollara satılıb. Rəssamın ən bahalı əsəri - 1955-ci ildə çəkdiyi “Əlcəzair qadınları” tablosunu isə ötən ilin mayında keçirilən hərracda 179,4 milyon dollara alıblar. /azertag.az/

view 1973 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news