Pol Qogenin əsəri 9,5 milyon avroya satılıb

Pol Qogenin əsəri 9,5 milyon avroya satılıb
calendar 4 dekabr 2019
clock 14:50

Fransalı post-impressionist rəssam Pol Qogenin “Qalın ağac” (Te Bourao II) əsəri Parisdə keçirilən hərracda 9,5 milyon avroya satılıb.

Bu barədə “Artcurial” hərrac evi özünün “Twitter” səhifəsində yazıb. 73x92 santimetr ölçüsündə olan rəsm adı açıqlanmayan beynəlxalq kolleksiyaçı tərəfindən əldə olunub. Alıcının sözlərinə görə əsər Fransada qalacaq.

Məlumatda bildirilir ki, P.Qogen bu əsəri Taitidə olarkən çəkib. Bu rəsm onun Taitidə qaldığı müddətdə çəkdiyi doqquz sənət əsərindən biridir. Əsərlər 1898-ci ildə rəssama həsr olunmuş sərgi üçün Parisə göndərilib. “Te Bourao II” rəsmi bu dövrün yeganə əsəridir və xüsusi kolleksiyada saxlanılır. P.Qogenin digər rəsmləri isə dünyanın aparıcı muzeylərində, xüsusən də Ermitaj və Orse muzeyində nümayiş olunur. /azertag.az/

view 2070 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news