Putin azərbaycanlı sənətçiləri mükafatlandırdı

Putin azərbaycanlı sənətçiləri mükafatlandırdı
calendar 17 may 2021
clock 09:55

Rusiya Prezidenti Vladimir Putin Azərbaycanın iki mədəniyyət xadimini mükafatlandırıb.

Kulis.az xəbər verir ki, Rusiya Federasiyası Prezidentinin Fərmanı ilə Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının direktoru Ədalət Hacıyev “Puşkin” medalı ilə, teatrın baş rejissoru Aleksandr Şarovski “Dostluq” ordeni ilə təltif edilib.

Sənəddə qeyd edildiyi kimi, Azərbaycan mədəniyyət xadimləri Rusiya-Azərbaycan mədəni əlaqələrinin möhkəmləndirilməsinə və Azərbaycanda rus teatr sənəti ənənələrinin qorunub saxlanılmasına verdiyi böyük töhfələrə görə mükafatlandırılıb.

view 1884 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news