Qardaşı oğlu məşhur müğənnini oğurluqda ittiham etdi

Qardaşı oğlu məşhur müğənnini oğurluqda ittiham etdi
calendar 2 dekabr 2020
clock 16:01

Tanınmış türk müğənni, arabesk mahnıların mahir ifaçılarından olan Fərdi Tayfurun qardaşı oğlu əmisini fikir və əmək oğurluğunda ittham edib.

Kulis.az Türkiyə mediasına istinadən xəbər verir ki, Fərdi Tayfurun qardaşı oğlu Aydoğan Tayfur müğənnini ifasında məşhurluq qazanan “Ben de özledim” mahnısının özünə aid olduğunu, əmisinin onun əsərini oğurladığını iddia edib. Bundan başqa Aydoğan Tayfur əmisinin illər əvvəl ona “Bir ailəyə bir Fərdi Tayfur yetərlidir” deyərək onun sənətə gəlməsinə mane olduğunu söyləyib: “Əmim mənə hər şey et, amma qarşıma musiqi ilə çıxma, dedi”.

Fərdi Tayfur isə qardaşı oğlunun iddialarına belə cavab verib:

“Onu mən oxutdurmuşam. Üstündə əməyim çoxdur. Necə çıxıb mənim bəstəm deyə bilir? “Ben de özledim” mahnısını 35 il əvvəl öz hisslərimlə yazmışam. Meyvə verən ağac daşlanar. Gündəmdə olmaq üçün belə bir iddia atdı ortaya. Aydoğanın soyadı Tayfur deyil. Mənim soyadımdan istifadə edir. O, mənim ögey qardaşımın oğludur. Hətta səsimi də təqlid edir. Həqiqətən istedadlı olsa idi, bir mahnı yazardı bu günə qədər”.

view 1955 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news